• HƏRBİ

    14:35 29 aprel 2020

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimi başa çatıb - VİDEO - FOTO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim başa çatıb.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması, həmçinin komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.

Üç mərhələdən ibarət təlimin birinci mərhələsində verilmiş siqnala əsasən birləşmə və hərbi hissələrin xəbərdar edilməsi, sualtı diversiya əleyhinə qüvvə və vasitələrin döyüşə hazırolma vəziyyətinə gətirilməsi tədbirləri icra edilib. İkinci mərhələdə siqnala əsasən sualtı diversiya əleyhinə qüvvələrin əməliyyat rayonlarında açılması və sualtı diversiya əleyhinə müdafiə tapşırıqları, həmçinin neft-qaz infrastrukturunun mühafizəsi əməliyyatları yerinə yetirilib. Üçüncü mərhələdə döyüş atışları icra olunduqdan sonra gəmilər dislokasiya məntəqələrinə qayıdıb.

Təlimə 20-dən artıq gəmi və kater, 2 helikopter, o cümlədən 700 nəfərədək şəxsi heyət cəlb olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR