• HƏRBİ

    17:29 30 iyul 2019

İranın hərbi gəmiləri Bakıya gəlib

İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Peykan” və “Cövşən” raket katerləri bu gün Bakıya gəliblər.

ONA Müdafiə Nazirliyinin sayında istinadən xəbər verir ki, İranın hərbi gəmiləri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcəklər.

Bu gün həmçinin Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi bu gün Bakıya gəlib.

Qazaxıstanın hərbi gəmisi də “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR