İşğaldan azad olunmuş ərazilərdə FHN-in növbəti yerli strukturları fəaliyyətə başlayıb
  • HƏRBİ

  • 10:14 16 Noyabr 2020

İşğaldan azad olunmuş ərazilərdə FHN-in növbəti yerli strukturları fəaliyyətə başlayıb

Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.

Nazirlikdən APA-ya verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli şəhəri və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlamışdı.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR