MN: İşğal olunmuş ərazilərdə Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyi təmin ediləcək
  • HƏRBİ

  • 18:50 24 Oktyabr 2020

MN: İşğal olunmuş ərazilərdə Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyi təmin ediləcək

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edib.

ONA-nın xəbərinə görə, Müdafiə Nazirliyinin açıqladığı məlumatda bildirilir ki, müraciətdə xəsarət almamaları üçün mülki əhalinin hərbi obyekt və infrastrukturdan uzaq durması tövsiyə olunur.

Bundan başqa, müraciətdə deyilir ki, Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR