• HƏRBİ

    18:52 10 mart 2020

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başlayıb - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi başlayıb.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, ikitərəfli, üçpilləli komanda-qərargah təliminin senarisinə uyğun olaraq Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Təlim-döyüş həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.

Xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb edildiyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərindən istifadə etməklə idarəetmənin bir məntəqədən digərinə ötürülməsi, mübadilə axınından səmərəli istifadənin məşqi həyata keçirilir. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatları planlaşdırılır.

Təlimdə əsas diqqət düşmənin qəfil hücumunun qarşısının alınması və təxribat-diversiya qruplarının məhv edilməsi zamanı qoşunlar arasında qarşılıqlı fəaliyyətlərin idarə olunmasında qərargahların və zabitlərin peşəkarlığının artırılmasına yönəldilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR