• SİYASƏT

    13:25 30 iyul 2020

Prezident İlham Əliyev Şəkidə səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə səfərdə olub.

ONA xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlıdır və 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.

Bundan əlavə, Prezident İlham Əliyevə 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi barədə də məlumat verilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR