• HƏRBİ

    19:34 28 dekabr 2020

Vətən müharibəsində şəhid olmuş 2823 hərbçi dəfn olunub - MÜDAFİƏ NAZİRLİYİ

Müdafiə Nazirliyi şəhidlərlə bağlı növbəti məlumat açıqlayıb.

ONA xəbər verir ki, nazirliyin məlumatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 28-dək dəfn edilən 2823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

Qeyd olunub ki, hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

ONA

Teqlər:

SON XƏBƏRLƏR