• HƏRBİ

    14:45 22 sentyabr 2020

Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirir - VİDEO

Azərbaycan Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər.

ONA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir.

Keçirilən təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR