• HƏRBİ

    16:29 16 avqust 2019

DSX-nin hərbi qulluqçuları və mülki işçilərinə fəxri adlar verilib - SİYAHI

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

ONA-nın məlumatına görə, Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və uzunmüddətli səmərəli fəaliyyətinə görə DSX-nin aşağıdakı hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar müəllim”

Quliyeva Şöhrət Rüfət qızı

“Əməkdar həkim”

Məmmədov Fariz Nurəddin oğlu – tibb xidməti polkovnik-leytenantı

Abasov Rahil Fəyaz oğlu – tibb xidməti mayoru

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Mirzəyev Elşən Cəbrayıl oğlu – polkovnik

Həsənov Adil Məmməd oğlu

“Əməkdar mühəndis”

Mustafayev Elman Tapdıq oğlu – polkovnik

Yusifov Azər Əlfrat oğlu.

ONA

Teqlər:

SON XƏBƏRLƏR