Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açıb
  • HƏRBİ

  • 15:35 03 Avqust 2020

Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açıb

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açılıb.

ONA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açılıb: “Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "twitter" hesabı bu linkdədir: https://twitter.com/wwwmodgovaz”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR