• HƏRBİ

    17:59 18 sentyabr 2019

Müdafiə naziri Zakir Həsənov genişmiqyaslı təlimləri izləyib - VİDEO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov genişmiqyaslı təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, qoşun növü və qismlərinin komandanları, hərbi birlik və birləşmə komandirləri, eləcə də digər vəzifəli şəxlərin məruzələri dinlənildikdən sonra ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə müvafiq tapşırıqlar dəqiqləşdirilib.

Ərazinin kəşfi digər təlim nöqtələrində də aparılıb.

Müdafiə naziri səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkib və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR