• İDMAN

    22:33 3 sentyabr 2020

"Traktor" İran kubokunun qalibi olub

Futbol üzrə İran kubokunun qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu gün final oyunu keçirilib.

Tehrandakı "Azadi" stadionunda baş tutan həlledici görüşdə yerli komanda "İstiqlal"la "Traktor" üz-üzə gəlib. Təbriz klubu ilk hissədə 3 cavabsız qolla önə keçib. "İstiqlal"ın gücü fasilədən sonra fərqi minimuma endirməyə çatıb.

Beləliklə, rəqibi üzərində 3:2 hesablı qələbə qazanan "Traktor" 5-ci dəfə iştirak etdiyi İran kubokunun finalında 2-ci qələbəsini qazanıb. Təbrizlilər buna qədər 2014-cü ildə həmin titula yiyələnmişdi. Komanda 1976, 1995 və 2017-ci ildəki həlledici matçda isə məğlub olub.

12-ci dəfə finalda oynayan "İstiqlal" 5-ci yenilgisini alıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR