Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
  • İQTİSADİYYAT

  • 10:59 30 Aprel 2021

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

"APA-Economics"in mə lumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,64 ABŞ dolları və ya 0,95% artaraq 67,71 dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə ərzində (19-23 aprel) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 65,52 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,57 dollar və ya 0,88% çoxdur.

Həftə ərzində ən yüksək göstərici (I gün) – 66,52 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 65,07 dollar səviyyəsində olub. Həftə ərzində Azərbaycan neftinin qiyməti 1,09 dollar və ya 1,67% azdır.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR