Veteran futbolçu Arzu Mirzəyev vəfat edib
  • İDMAN

  • 22:15 03 Sentyabr 2020

Veteran futbolçu Arzu Mirzəyev vəfat edib

"Neftçi" və "Kəpəz" klubunun veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib.

"Apasport.az" saytının məlumatına görə, keçmiş oyunçu 58 yaşında vəfat edib.

Son olaraq Gəncədəki "Təhsil" cəmiyyətində uşaq məşqçisi kimi işləyən Mirzəyev evində ölü vəziyyətində tapılıb.

Qeyd edək ki, Arzu Mirzəyev 1979-1983-cü illərdə "Kəpəz"də, 1984-1991-ci illərdə “Neftçi”də çıxış edib. O, futbolçu karyerasını bitirdikdən sonra bir müddət "Kəpəz"in baş məşqçisi olub.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR