Azərbaycan bu il qaz hasilatını 8% artıracaq 
  • İQTİSADİYYAT

  • 18:48 11 Fevral 2020

Azərbaycan bu il qaz hasilatını 8% artıracaq

Bu il Azərbaycanda 38,4 mlrd. kubmetr qazın hasil ediləcəyi gözlənilir ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 7,9% çoxdur.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib.

Onun sözlərinə görə, 2020-ci ildə ölkədə 36,5 mln. ton neft hasil ediləcək ki, bu da illik ifadədə 2,7%-lik azalma deməkdir.

Bundan başqa, Y. Lətifovun sözlərinə görə, bu il SOCAR 7,6 mln. ton neft (1,3% azalma) və 7,2 mlrd. kubmetr qaz (5,9% artım) hasil edəcəyi gözlənilir.

ONA

Teqlər: qaz hasilatı

OXŞAR XƏBƏRLƏR