Azərbaycanda qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası tikiləcək - [color=red]SƏRƏNCAM[/color]
  • İQTİSADİYYAT

  • 13:53 30 Aprel 2021

Azərbaycanda qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası tikiləcək - SƏRƏNCAM

Prezident Ilham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikası Hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

APA-nın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2020-ci il dekabrın 29-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 1 və Xızı 3 Külək Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilib. 

Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində göstərilən müqavilənin həyata keçirilməsi üçün zəruri tədbirlər görməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR