Neftin qiyməti ucuzlaşıb
  • İQTİSADİYYAT

  • 06:25 06 Aprel 2021

Neftin qiyməti ucuzlaşıb

Neft qiymətlərinin enməsi bazar ertəsi 4-5% daha sürətlənib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə birja nəticələri göstərib.

Bakı vaxtı ilə saat 20:30-a olan məlumata görə, “Brent” markalı neft qarışığı üçün iyun füçerslərinin qiyməti 4,49% azalaraq 61,88 dollaradək, “Texas light” markalı neftin may füçerslərinin qiyməti isə 5,16% azalaraq bir barel üçün 58,28 dollaradək düşüb.

Bununla yanaşı, gün ərzində ABŞ-da ticarətin açılması ilə neft qiymətləri 2% azalıb və daha sonra bu proses 3%-dək artıb.

Sərxan Kamallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR