[color=red]Bakı-2019[/color]: İlk günün gündəliyi
  • İDMAN

  • 09:01 21 İyul 2019

Bakı-2019: İlk günün gündəliyi

 

Bu gün XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürəcək.

APA -nın məlumatına görə, ilk dəfə Bakıda təşkil olunan yarışların ilk günündə açılış mərasimi keçiriləcək, həmçinin iki idman növü üzrə mübarizəyə start veriləcək.

Azərbaycanın 8 idmançısı ilk gündə qüvvəsini sınayacaq. Festival tennisçilərin fərdi mübarizəsi ilə başlayacaq. 4 idmançımız 1/32 finalda qüvvəsini sınayacaq.

4 güləşçimiz mükafatlar uğrunda mübarizə aparacaq. 10:30-da start götürən güləşçilərin mübarizəsində final qarşılaşmaları 16:00-da başlayacaq.

21 iyul

09:00. Tennis

Oğlanlar, 1/32 final

Tamerlan Əzizov - Daniele Minigini (İtaliya)
Kənan Qasımov - Alessio Basile (Belçika)

Qızlar, 1/32 final

Polina Drobişeva - Salma Druqdova (Slovakiya)
Alina Hüseynova - Jülyet Bovi (Belçika)

10:30. Sərbəst güləş

45 kq, A qrupu, 1-ci tur
Murad Haqverdiyev - Eldar Asakayev (Rusiya)

55 kq, 1/8 final
Əbülfəz Nəsirov - Harvey Ridinqs (Böyük Britaniya)

10:30. Yunan-Roma güləşi

45 kq, təsnifat

Fərid Sadıxlı - Andrea Martino (İtaliya)

55 kq, 1/8 final
Nihat Məmmədli - Olivye Şkripçak (Polşa)

Tahir Hümmətov

Teqlər:

OXŞAR XƏBƏRLƏR