FİFA ilin ən yaxşıları adına namizədlərin adlarını açıqlayıb
  • İDMAN

  • 16:03 02 Sentyabr 2019

FİFA ilin ən yaxşıları adına namizədlərin adlarını açıqlayıb

FİFA ilin ən yaxşıları adına namizədlərin siyahısını açıqlayıb.

APA-nın məlumatına görə, hər nominasiyada ən yaxşı adına üç iddiaçı qalıb.

Kişi futbolçular arasında Kriştianu Ronaldo (Portuqaliya, “Yuventus”), Lionel Messi (Argentina, “Barselona”) və Vircil van Diyk (Hollandiya, “Liverpul”) namizəddir.

Ən yaxşı kişi məşqçisi adına Pep Qvardiola (İspaniya, “Mançester Siti”), Yurgen Klopp (Almaniya, “Liverpul”) və Maurisio Poçettino (Argentina, “Tottenhem”) iddiaçıdır.

Ən yaxşı qapıçı adına da üç namizəd var. Bunlar Alison Bekker (Braziliya, “Liverpul”), Ederson (Braziliya, Mançester Siti”) və Andre Ter-Şteqendi (Almaniya, “Barselona”).

Qeyd edək ki, qaliblərin adları sentyabrın 23-də İtaliyanın Milan şəhərindəki tədbirdə açıqlanacaq. Mərasimdə ən yaxşı qadın futbolçu, qadın məşqçi, qadın qapıçı, ən gözəl qolun müəllifi və azarkeş mükafatı təqdim olunacaq.

ONA

Teqlər: FİFA

OXŞAR XƏBƏRLƏR