• İDMAN

    12:15 13 oktyabr 2020

İqor Ponomaryov: “Gəncəyə raket atan erməni tərəfi bilərəkdən mülki əhalini hədəfə alıb”

“Erməni ordusunun raket atdığı Gəncə döyüş zonasından uzaqda yerləşir. Orada hərbi obyekt yoxdur, 500 min əhali yaşayır”.

Apasport.az saytının məlumatına görə, bu fikirlər Azərbaycan futbolunun əfsanəsi İqor Ponomaryova məxsusdur.

Uzun illər futbolçu kimi “Neftçi”nin şərəfini qorumuş, Azərbaycan millisinin baş məşqçisi kimi çalışmış veteran erməni təxribatçıların Gəncədə törətdikləri vəhşiliyə biganə qalmayıb. 1988-ci il Seul Olimpiadasının çempionu olmuş Ponomaryov Azərbaycanın ikinci böyük şəhərinin raket atəşinə tutulması ilə bağlı sosial şəbəkədə paylaşım edib: “Buna görə də Gəncəyə raket atan erməni tərəfi bilərəkdən mülki əhalini hədəfə alıb. Raket hücumu Gəncə sakinləri yatarkən onları çətin vəziyyətə qoyub. Ölənlər arasında çox sayda qadın və uşaq var. Bu cinayətdir! Hətta müharibənin də öz qaydaları var. Azərbaycan öz əraziləri və öz tarixi torpaqlarının azad olunması üçün mübarizə aparır”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR