"Neftçi" "Arsenal"a qalib gələrək, mərhələ adlayıb -[color=red] YENİLƏNİB-5[/color] - [color=red]FOTOSESSİYA[/color]
  • İDMAN

  • 23:48 01 Avqust 2019

"Neftçi" "Arsenal"a qalib gələrək, mərhələ adlayıb - YENİLƏNİB-5 - FOTOSESSİYA

“Neftçi” Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.

APA -nın məlumatına görə, paytaxt təmsilçisi II təsnifat mərhələsində Rusiyanın “Arsenal” klubunu mübarizədən kənarlaşdırmaqla buna nail olub.

Azərbaycanın ən titullu komandası ötən həftə səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Tula təmsilçisinə cavab görüşündə də qalib gəlib. “Neftçi” doğma “Bakcell Arena”da rəqibini darmadağın edərək 3:0 hesablı qələbə qazanıb.

Qarşılaşmadakı qollara Rauf Əliyev, penaltini dəqiq yerinə yetirən Dario Frederiko və Mamadu Mbodj imza atıb.

Bu, I təsnifat mərhələsində Moldova “Speranta”sını iki dəfə (3:0, 6:0) yenən bakılıların ardıcıl 4-cü quru hesablı qələbəsi olub. Bunlardan üçü böyükhesablı qələbədir. Matç “Neftçi”nin kapitanı Emin Mahmudovun zədələnərək meydanı tərk etməsi ilə də yadda qalıb. O, ikinci hissənin gedişində oyunu davam etdirə bilməyib.

Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə görüşəcək. Bu oyunlar avqustun 8-də və 15-də keçiriləcək.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
1 avqust
21:00. “Neftçi” – “Arsenal” (Rusiya) - 3:0
QOLLAR:Əliyev, 49,Frederiko, 89,Mbodj, 90+1
Baş hakim:Alan Mario Sant (Malta)
“Neftçi”:1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93. Soni Mustivar
Ehtiyat oyunçular:30. Aqil Məmmədov, 3. Mamadu Mbodj,7. Namik Ələskərov, 11. Vanqelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 88. İsmayıl Zülfüqarlı
Baş məşqçi:Roberto Bordin
"Arsenal":36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Giya Qriqalava, 9. Kirill Kombarov (k), 11. Sergey Tkaçyov, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniil Lesovoy, 23. İqor Qorbatenko, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov.
Ehtiyat oyunçular:1. Artur Niqmatullin, 13. Maksim Volodko, 17. Quram Acoyev, 28. Vladislav Panteleyev, 29. Lamek Banda, 30. Aleksandru Tudorie, 71. Aleksandr Denisov. 
Baş məşqçi:İqor Çerevçenko
Bakı. “Bakcell Arena” stadionu
İlk oyun – 1:0

***

Saat. 22:51

Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) - “Arsenal” (Rusiya) oyununda daha bir qol vurulub.

APA -nın məlumatına görə, cavab görüşünün 90+1-ci dəqiqəsində Mamadu Mbodj "ağ-qaralar"ın üçüncü qolunu vurub- 3:0.

***

Saat. 22;45

Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) - “Arsenal” (Rusiya) oyununda hesab dəyişib.

APA -nın məlumatına görə, cavab görüşünün 89-cu dəqiqəsində Dario Frederiko penaltidən bakılıların ikinci qoluna imza atıb - 2:0.

***

Saat. 22:05

Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) - “Arsenal” (Rusiya) oyununda hesab açılıb.

APA -nın məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmanın 49-cu dəqiqəsində Rauf Əliyev fərqlənib - 1:0.

***

Saat. 22:02
Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) - “Arsenal” (Rusiya) oyununda ikinci hissə start götürüb.

APA -nın məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmanın ilk hissəsindən sonra hesab 0:0-dır.

***

Saat. 21:47

Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) - “Arsenal” (Rusiya) oyununda fasilə yaranıb.

APA -nın məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmanın ilk hissəsində hesab açılmayıb.

***

Saat. 21:00

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları davam edir.

APA -nın məlumatına görə, Azərbaycanın ən titullu klubu “Neftçi” Rusiya “Arsenal”ı ilə üz-üzə gəlir.

İlk mərhələdə Moldova təmsilçisi “Speranta”nı darmadağın edən (3:0, 6:0), bir həftə əvvəl Tula klubunu (1:0) məğlubiyyətə uğradan Roberto Bordinin yetirmələri cavab qarşılaşmanı evdə keçirir. Bakılılar III təsnifat mərhələsinə yüksəlmək üçün minimal üstünlüyünü qorumağa çalışır.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə İsrail təmsilçisi “Bney Yehuda” ilə üz-üzə gələcək.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
1 avqust
21:00. “Neftçi” – “Arsenal” (Rusiya)
Baş hakim:Alan Mario Sant (Malta)
“Neftçi”:1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93. Soni Mustivar
Ehtiyat oyunçular:30. Aqil Məmmədov, 3. Mamadu Mbodj,7. Namik Ələskərov, 11. Vanqelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 88. İsmayıl Zülfüqarlı
Baş məşqçi:Roberto Bordin
"Arsenal":36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Giya Qriqalava, 9. Kirill Kombarov (k), 11. Sergey Tkaçyov, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniil Lesovoy, 23. İqor Qorbatenko, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov.
Ehtiyat oyunçular:1. Artur Niqmatullin, 13. Maksim Volodko, 17. Quram Acoyev, 28. Vladislav Panteleyev, 29. Lamek Banda, 30. Aleksandru Tudorie, 71. Aleksandr Denisov. 
Baş məşqçi:İqor Çerevçenko
Bakı. “Bakcell Arena” stadionu
İlk oyun – 1:0

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR