“Qarabağ” ardıcıl 6-cı dəfə avrokubokların qrup mərhələsinə yüksəldi -[color=red]FOTOSESSİYA[/color] - [color=red]YENİLƏNİB[/color] -
  • İDMAN

  • 22:02 29 Avqust 2019

“Qarabağ” ardıcıl 6-cı dəfə avrokubokların qrup mərhələsinə yüksəldi -FOTOSESSİYA - YENİLƏNİB -

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

APA -nın məlumatına görə, Qurban Qurbanovun yetirmələri qrupa vəsiqəni pley-off mərhələsinin “Linfild”lə duelində qazanıblar.

Ötən həftə səfərdə 2:3 hesabı ilə uduzan Ağdam təmsilçisi bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada məğlubiyyətin əvəzini çıxa bilib.

Xayme Romeronun erkən qolu “Qarabağ”ı önə çıxarıb. Abdullah Zubir isə görüşün sonlarında ikinci qolu vurub. Artırılma dəqiqələrdəŞeyn Leyverinin dəqiq zərbəsi isə təsəllidən başqa bir şey olmayıb.

“Linfild” üzərində 2:1 hesablıqələbə “Qarabağ”a ardıcıl 6-cı dəfə avrokubokların qrupunda oynamaq imkanı verib. 2014/15, 2015/16, 2016/17 və 2018/19 mövsümlərində olduğu kimi yenə Avropa Liqasının qrupunda oynayacaq ağdamlılar 2017/18 mövsümündə Çempionlar Liqasının ən güclüləri sırasında mübarizə aparıb.


Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
29 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya) - 2:1
Qollar:Romero, 6,Zubir, 88 -Leyveri, 90+3
Baş hakim:Sergey İvanov (Rusiya)
Qarabağ:13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Queye Maqaye.
Ehtiyat oyunçular:12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov
Baş məşqçi:Qurban Qurbanov
Linfild:1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaçer, 8. Bastiyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 20. Kris Kasement, 22. Ceymi Malqryu (k), 31. Nayal Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular:40. Aleks Mur, 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 12. Kerk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern, 27. Endryu Mitçel
Baş məşqçi:David Hili
Bakı. T.Bəhramov adına Respublıika stadionu
İlk oyun – 2:3

***

Saat. 21:47

Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” (Azərbaycan) - "Linfild" (Şimali İrlandiya) oyununda hesab dəyişib.

APA -nın məlumatına görə, Bakıda keçirilən matçın 88-ci dəqiqəsində Ağdam klubu fərqi artırıb. Komandanın qolunaAbdullah Zubir imza atıb.

***

Saat. 21:01

Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” (Azərbaycan) - "Linfild" (Şimali İrlandiya) oyununda ikinci hissə start götürüb.

APA -nın məlumatına görə, Bakıda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra qonaqlar hesabda geridədirlər. 6-cı dəqiqədə Xayme Romeronun dəqiq zərbəsindən sonra "Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edir.

***

Saat. 20:48

Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” (Azərbaycan) - "Linfild" (Şimali İrlandiya) oyununda fasilə yaranıb.
APA -nın məlumatına görə, Bakıda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra Azərbaycan çempionu 1:0 hesabı ilə öndədir.

***

Saat. 20:08

Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” (Azərbaycan) - "Linfild" (Şimali İrlandiya) oyununda hesab açılıb.
APA -nın məlumatına görə, Bakıda keçirilən matçın 6-cı dəqiqəsində Azərbaycan çempionu fərqlənib. Xayme Romero dəqiq zərbəsi komandamızı hesabda irəli çıxarıb - 1:0.

***

Saat. 20:00

Bu gün Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilir.

APA -nın məlumatına görə, cavab matçlarına Bakıda start verilib.

Aavrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” da növbəti oyununa çıxıb. Baş məşqçi Qurban Qurbanovun yetirmələri ikinci dərəcəli klub turnirində qrupa düşmək üçün mübarizə aparır.

Ağdam təmsilçisi bunun üçün Şimali İrlandiyanın ən titullu komandası olan “Linfild”i keçməlidir. Səfərdəki ilk görüşdə 2:3 hesabı ilə uduzan “Qarabağ” Belfastdakı məğlubiyyətin əvəzini çıxmalıdır.

Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionundakı matçda çempionumuz mütləq qalib gəlməlidir. Lakin təmsilçimizi mərhələ keçmək üçün 2 və ya daha çox top buraxmaqla minimal fərqli qələbə qane etmir.

“Qarabağ” “Linfild” səddini adlaya bilsə, ardıcıl 6-cı dəfə avrokubokların qrupunda oynayacaq. Bununla da son 5 ildə dörd dəfə Avropa Liqası, bir dəfə Çempionlar Liqasının qrupuna düşən “Qarabağ” 2014-cü ildə başlayan seriyasını davam etdirəcək.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında başladığı cari mövsümdə Albaniya “Partizani”si (0:0, 2:0), İrlandiya “Dandalk”ı (1:1, 3:0) və Kipr APOEL-i (2:1, 0:2) ilə üz-üzə gəlib.

Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
29 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya)
Baş hakim:Sergey İvanov (Rusiya)
Qarabağ:13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Queye Maqaye.
Ehtiyat oyunçular:12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov
Baş məşqçi:Qurban Qurbanov
Linfild:1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaçer, 8. Bastiyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 20. Kris Kasement, 22. Ceymi Malqryu (k), 31. Nayal Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular:40. Aleks Mur, 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 12. Kerk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern, 27. Endryu Mitçel
Baş məşqçi:David Hili
Bakı. T.Bəhramov adına Respublıika stadionu
İlk oyun – 2:3

ONA

Teqlər:

FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery"> FOTOSESSİYA - YENİLƏNİB - " data-description="gallery">

OXŞAR XƏBƏRLƏR