"Qarabağ" “Dandolk”la heç-heçə oynadı - [color=red]YENİLƏNİB[/color]
  • İDMAN

  • 00:42 25 İyul 2019

"Qarabağ" “Dandolk”la heç-heçə oynadı - YENİLƏNİB


Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.
APA -nın məlumatına görə, Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İrlandiyanın “Dandolk” klubu ilə üz-üzə gəlib. “Qarabağ” səfərdə keçirdiyi birinci oyunda hesabda öndə olsa da, üstünlüyü əldən verib.


Görüş komandamızın üstünlüyü ilə start götürüb. 4-cü dəqiqədə Mahir Emreli hesabı açıb. Qoldan ruhlanan Azərbaycan çempionu ardıcıl hücumlar qurub, rəqib qapısı önündə təhlükəli anlar yaradıblar.


Lakin ikinci hissədə ssenari dəyişib. "Dandolk" da hücumlarının kəsərini artırıb. Bunun nəticəsi olaraq, 78-ci dəqiqədə Patrik Hoban "Qarabağ"ın qapısına yol tapıb - 1:1. Bu, cari mövsüm qol buraxmayan ağdamlıların uğurlu seriyasını da qırıb.
Hesab bərabərləşdikdən sonra hər iki komandanın şansı olsa da, bundan yararlanmaqda çətinlik çəkiblər. Səfərdə məğlub olmamaq isə "Qarabağ"ın işinə yaraya bilər.
Qeyd edək ki, cavab matçı bir həftə sonra Bakıda olacaq.


***
25.07.2019 / Saat. 00:24


Çempionlar Liqasının II təsnifat mərhələsinin "Dandolk" (İrlandiya) - “Qarabağ” (Azərbaycan) oyununda hesab dəyişib.
APA -nın məlumatına görə, Dandolkda keçirilən matçın 78-ci dəqiqəsində ev sahibləri hesabı bərabərləşdiriblər - 1:1. İrlandiyalıların heyətində Patrik Hoban fərqlənib.

***
24.07.2019 / 23:49


Çempionlar Liqasının II təsnifat mərhələsinin "Dandolk" (İrlandiya) - “Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb.
APA -nın məlumatına görə, Dandolkda keçirilən matçın 5-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Patrik Hoban avtoqol sahibi olub - 0:1.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR