Azərbaycan Prezidenti Bolqarıstanın baş naziri ilə görüşüb - YENİLƏNİB
  • SİYASƏT

  • 19:33 14 Mart 2019

Azərbaycan Prezidenti Bolqarıstanın baş naziri ilə görüşüb - YENİLƏNİB

Martın 14-də Azərbaycan Respubliksının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə görüşüb.

ONA xəbər verir ki bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Boyko Borisovun VII Qlobal Bakı Forumunun işində iştirakını yüksək qiymətləndirib. Dövlətimizin başçısı Boyko Borisovun ötən il Azərbaycana səfərlərini xatırlayaraq, bu səfərlərin ölkələrimiz arasındakı münasibətlərə yaxşı töhfə verdiyini, bu gün əlaqələrimizin dinamik inkişaf etdiyini vurğulayıb: “Bu gün bizim yaxşı siyasi əməkdaşlıq potensialımız mövcuddur. Bolqarıstan və Azərbaycan hər zaman bir-birini dəstəkləyib”.

Azərbaycan dövlətinin başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Bolqarıstanın da iştirak etdiyini və ümumi işə töhfəsini qeyd edib. Prezident İlham Əliyev hər iki tərəfin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər həyata keçirdiyini və bu səfərlərin əlaqələrin inkişafına təkan olduğunu vurğulayıb. İqtisadi sahədə də Azərbaycanla Bolqarıstan arasında yaxşı potensialın olduğunu deyən dövlətimizin başçısı Bolqarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə dəstəyini yüksək qiymətləndirib.

Bolqarıstanın Baş naziri Boyko Borisov ölkələrimiz arasında dostluq münasibətlərindən danışaraq dünyada sülhə, anlaşmaya istiqamətlənən VII Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, SOCAR-ın Bolqarıstandakı fəaliyyəti barədə də məlumat verilib.