• İQTİSADİYYAT

    15:46 1 avqust 2019

Bakının yeni yaşayış massivləri qazlaşdırılacaq - SİYAHI

“Azəriqaz” İB tərəfindən Bakı şəhərinin 5 inzibati rayonunda qazlaşdırılma işlərinin aparılması nəzərdə tutulub.

ONA-nın məlumatına görə, “Azəriqaz” İB-nin məlumatında bildirilir ki, proqram üzrə Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Sabunçu və Qaradağ rayonlarında 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılır. Bu genişmiqyaslı işə cari ilin sentyabr ayında başlanılması və mümkün qədər qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli 431 nömrəli Fərmanı ilə Bakı şəhərinin bir sıra yeni yaşayış massivlərinin qazlaşdırılması tədbirlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə 30 mln. manat vəsait ayrılıb.

Məntəqələrin adı

Yeni massivlərin adları

28 May qəsəbəsi

Dəmir yolunun alt və üst hissəsində yeni massiv

Binəqədi qəsəbəsi

Duzlu göllə üzümlük plantasiyası arasında yerləşən yeni massiv

Biləcəri qəsəbəsi

Aslanov küçəsindəki və 4 saylı “Ev Tikmə”Kombinatına gedən yolun sol tərəfindəki ərazilərə düşən yeni massiv

Xəzər rayonu

-

Binə qəsəbəsi

"Atçılıq" adlandırılan ərazidə badam bağlarının ətrafında yeni massiv

Keçmiş Hövsan südçülük sovxozunun ərazisində "Lələtəpə" adlandırılan məhəllədə yeni massiv

"Kanalüstü" adlandırılan ərazidə yeni massiv

Buzovna qəsəbəsi

Şüvəlan-Buzovna yolunun sağ tərəfindəki, "Albalılıq" və "Təmənis" adlandırılan ərazilərə düşən yeni massiv

Şüvəlan qəsəbəsi

Zirə-Pirallahı yolunun sol tərəfində yeni massiv

"Şüvəlan gülçülük sovxozu", "Mayak" və "Şimal DRES" adlandırılan ərazilərə düşən yeni massiv

Qaradağ rayonu

-

Qobustan qəsəbəsi

"1-ci massiv", "1-a massivi" və "2-a massivi" adlandırılan ərazilərə düşən yeni massiv

"1-ci təzə yurd" adlandırılan yeni massiv

Şıxlar qəsəbəsi

"Şıxlar" adlandırılan ərazidə yeni massiv

Heybət qəsəbəsi

"Heybət stansiyası" adlandırılan ərazidə yeni massiv

Sabunçu rayonu

-

Kürdəxanı qəsəbəsi

"Yeni məhəllə" və "Ləhiş bağları" adlandırılan ərazilərdə yeni massiv

Ramana qəsəbəsi

D.Bünyadzadə küçəsində gölün yaxınlığındakı və "Şuşa şəhərciyi" adlandırılan ərazilərə düşən yeni massiv

Maştağa qəsəbəsi

"Savalan", "Yeni məhəllə" və "Xanlar" adlandırılan ərazilərə düşən yeni massiv

"Ləhiş bağları" adlandırılan ərazidə yeni massiv

Zabrat qəsəbəsi

"Dağüstü" adlandırılan ərazidə yeni massiv

Nardaran qəsəbəsi

"Ləhiş bağları" adlandırılan ərazidə yeni massiv

Suraxanı rayonu

-

Zığ qəsəbəsi

Əmircan-Hövsan yolunun 5-ci kilometrliyinin sağ tərəfindəki və "Dədə Qorqud" adlandırılan əraziyə düşən yeni massiv

Hövsan qəsəbəsi

Hövsan-Türkan yolunun sol tərəfindəki ərazidə yeni massiv

Yeni Suraxanı qəsəbəsi

Dəmir yolunun yaxınlığındakı ərazidə yeni massiv

ONA

Teqlər:

SON XƏBƏRLƏR