Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib
  • İQTİSADİYYAT

  • 11:49 09 Aprel 2020

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

Bu gün Milli Məclisin iclasında Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Elman Rüstəmov çıxış edərək, yenidən göstərilən yüksək etimada görə Prezidentə təşəkkür edib: “Bu vəzifəyə ulu öndər H. Əliyev tərəfindən gətirilmişəm. Növbəti dəfə mənə göstərilən yüksək etimada da görə təşəkkür edirəm”.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri E. Rüstəmovun səlahiyyət müddəti bu il aprel ayının əvvəlində bitib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR