• İDMAN

    16:41 14 mart 2019

“Qəbələ” UEFA-dan aldığı vəsaiti xeyriyyəçiliyə yönəldib

“Qəbələ” İdman Klubu UEFA-nın "Həmrəylik proqramı" çərçivəsində verdiyi 500 avronu xeyriyyəçiliyə ayırıb. ONA-nın məlumatına görə, “qırmızı-qaralar” rayon sakini, U-15 komandasının oyunçusu Nuğayın atası, Yaşar Rəşidova yardım edib.

Onu təcili böyrək transplantasiya əməliyyatı gözləyir. Bu məbləğ də onun sağlamlığının bərpasına sərf olunacaq.

Qeyd edək ki, UEFA Gənclər Liqası Avropanın müxtəlif ölkələrindən olan gənc futbolçulara öz istedadlarını nümayiş etdirməklə yanaşı, sosial məsuliyyət anlayışı da aşılamağa çalışır. Bu məqsədlə də simvolik ödəmələr həyata keçirilir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR