• İQTİSADİYYAT

    16:07 4 avqust 2019

Şahin Mustafayev İran sənaye, mədənlər və ticarət naziri ilə görüşüb

Bu gün İran sənaye, mədənlər və ticarət naziri Rza Rəhmani və Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev arasında görüş keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə müştərək layihələrdən danışan İran sənaye, mədənlər və ticarət naziri bildirib ki, avtomobil, dərman, avtomobil hissələrinin istehsalı və müştərək sənaye şəhərciyinin yaradılması ilə bağlı əldə olunan razılaşmalar iki ölkənin səyi ilə daha sürətlə icra oluna bilər.

Ş.Mustafayev deyib ki, bu ilin 6 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 2.2 dəfə artıb, hazırda Azərbaycanda 1371 İran sərmayəli müəssisə fəaliyyət göstərir. İqtisadiyyat naziri İran və Azərbaycanın müştərək istehsal etdiyi məhsulların ixracı üçün proqram hazırlandığını da bildirib.

Süleyman

Teqlər:

SON XƏBƏRLƏR