AVRO-2020: Azərbaycan millisi 5-ci məğlubiyyətini alıb
  • İDMAN

  • 00:03 14 Oktyabr 2019

AVRO-2020: Azərbaycan millisi 5-ci məğlubiyyətini alıb

Azərbaycan millisi növbəti oyununu keçirib. 

APA-nın məlumatına görə, Nikola Yurçeviçin baş məşqçisi olduğu yığma AVRO-2020-nin seçmə mərhələsində 6-cı matçına çıxıb.

Keçirdiyi 5 oyunda cəmi 1 xal toplayan komanda Budapeştdə Macarıstanın qonağı olub. Milli bu dəfə də azarkeşlərini məyus edib.

10-cu dəqiqədə erkən qol buraxan Azərbaycan yığması səfərdən xalsız ayrılıb. Tsikldə 5-ci dəfə məğlub olan milli sonuncu pillədəki yerini rəsmiləşdirməyə daha da yaxınlaşıb. Uels millisi bir xal qazansa, komandamız sonuncu yeri rəsmiləşdirəcək.

Düzdür, uzatma dəqiqələrində Bəhlul Mustafazadə rəqib qapısına yol tapıb. Lakin hakimin kobud səhvi üzündən təmiz qol qeydə alınmayıb. Hollandiyalı referi topun futbolçunun əlinə dəydiyini “kəşf edib”.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda Xorvatiya Uelsin qonağı olacaq. 

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
13 oktyabr
E qrupu

20:00. Macarıstan – Azərbaycan – 1:0
Qol:
Mihaly Korhut, 10
Sarı vərəqələr: Gerqo Lovrençiç,25, Mihaly Korhut, 73 // Şəhriyar Rəhimov, 12, Eddi İsrafilov, 67, Bəhlul Mustafazadə, 90+3, Qara Qarayev, 90+3, Cavid Hüseynov, 90+5
Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya)
Macarıstan: 1. Peter Qulaşi, 3. Mixay Korxut, 5. Paulo Vinisius, 6. Villi Orban, 7. Balaş Cudcak (k) (18. Dominik Nad, 71), 8. Adam Nad, 9. Adam Şalay, 10. Dominik Şoboşlay (19. David Holman, 76), 14. Gerqo Lovrençiç, 15. Laslo Klyanheyzer, 20. İştvan Kovaç (13. David Siger, 86)
Ehtiyat oyunçular: 12. Dibuş Deneş, 22. Adam Kovaşik, 2. Botond Barat, 4. Yanoş Ferentsi, 11. Kristian Nemets, 16. Mate Patkay, 17. Roland Varqa, 21. Tamaş Kadar, 23. Filip Holender 
Baş məşqçi: Marko Rossi
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Ağabala Ramazanov (17. Renat Dadaşov, 85), 11. Ramil Şeydayev, 13. Eddi İsrafilov, 19. Təmkin Xəlilzadə (22. Cavid Hüseynov, 66), 20. Riçard Almeyda (7. Araz Abdullayev, 58), 21. Pavel Paşayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahruddin Məhəmmədəliyev, 8. Emin Mahmudov, 10 . Namik Ələsgərov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 18. Şəhriyar Əliyev
Baş məşqçi: Nikola Yurçeviç
Budapeşt. “Qrupama Arena” stadionu

1

Xorvatiya

6

4

1

1

13-5

13

2

Macarıstan

7

4

0

3

8-9

12

3

Slovakiya

6

3

1

2

10-8

10

4

Uels

5

2

1

2

5-5

7

5

Azərbaycan

6

0

1

5

5-14

1

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR