• İDMAN

    12:05 17 aprel 2021

Ozan Can Niderland çempionatında növbəti qolunu vurub

Niderland II liqasında XXXIV turun oyunları keçirilir.

Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Telstar” ev matçına çıxıb.

“Ekselsior”la görüş Ozan Canın fərqlənməsi ilə əlamətdar olub. O, 1:1 hesabı ilə nəticələnən qarşılaşmanın 38-ci dəqiqəsində hesabı açıb. 23 yaşlı yarımmüdafiəçi 70-ci dəqiqədə əvəzlənib. Bu, Ozan Canın Niderland təmsilçisində 2-ci qoludur. “Telstar” isə hazırda 40 xalla 11-ci pillədə qərarlaşır.

Qeyd edək ki, müqavilə ilə “Sabah”a məxsus olan Ozan Can Kökçü “Telstar”a mövsümün sonunadək icarəyə verilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR