• İQTİSADİYYAT

    17:57 18 iyul 2019

"Azəristiliktəchizat"ın "Azəriqaz"a 26 milyon manatdan çox borcu var

“Azəristiliktəchizat” ASC tərəfindən bu ilin yanvar-iyun ayları ərzində 130 234 456 kubmetr həcmində, 26 046 891,20 manat məbləğində təbii qaz istehlak olunub.

APA-Economics”in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu günə qədər heç bir ödəniş olunmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4. bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz təminatı dayandırıla bilər. Buna baxmayaraq, “Azəriqaz” İstehsalat Birliyi əhalinin qış aylarında mənzillərin qızdırılmasına və isti suya olan tələbatını nəzərə alaraq “Azəristiliktəchizat” ASC-nin qaz təminatını dayandırmayıb.

“Azəristiliktəchizat” ASC istehlak etdiyi təbii qazın dəyərini bu günədək ödəmədiyini və yay fəslinin olmasını nəzərə alaraq, bəzi ərazilərdəki qazanxanaların qaz təminatı dayandırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR