Gələn ilin dövlət büdcəsi qəbul edilib
  • İQTİSADİYYAT

  • 12:13 29 Noyabr 2019

Gələn ilin dövlət büdcəsi qəbul edilib

Milli Məclisin növbəti plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, gələn ilin dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 894,7 milyon manat məbləğində proqnozlaşdırılır.

Müzakirələrdən sonra “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda qəbul olunub.

OXŞAR XƏBƏRLƏR