Şuşaya çəkilən  "Zəfər yolu" avqustun sonuna qədər istifadəyə veriləcək
  • İQTİSADİYYAT

  • 13:20 22 Fevral 2021

Şuşaya çəkilən "Zəfər yolu" avqustun sonuna qədər istifadəyə veriləcək

Bakı-Hacıqabul-Mincivan yolunun Şuşaya çəkilən 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır.

"APA-Economics"in məlumatına görə bu barədə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov "2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə çıxış edərək deyib.

Onun sözlərinə görə, yol keçəcək ərazi hələ tam olaraq minadan təmizlənməyib. Yol ikinci dərəcəli avtomobil yolu kimi istifadəyə veriləcək.

 

"Avqustun sonuna qədər "Zəfər yolu" istifadəyə veriləcək", - S. Məmmədov qeyd edib.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR