• İQTİSADİYYAT

    12:19 5 avqust 2020

Yasamalda yol tikintisinə 2,65 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

ONA-nın məlumatına görə, Sərəncama əsasən, Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 2,65 milyon (iki milyon altı yüz əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR