• MƏDƏNİYYƏT

    10:59 10 may 2020

Eldar Əzizov: "Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq"

"Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması ilə bağlı işlər aparılır".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, hazırda heykəlin hazırlanması işləri görülür: "Heykəltəraşlar işləyir, Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq".

Səlcuq

Teqlər:

SON XƏBƏRLƏR