• MƏDƏNİYYƏT

    13:56 27 noyabr 2019

Qarabağ atları Moskvada beynəlxalq sərgidə nümayiş olunacaq

Azərbaycanın Qarabağ atları Moskvada keçiriləcək XXI Beynəlxalq At Sərgisində nümayiş olunacaq.

APA-nın Moskva müxbirinin xəbərinə görə, sərgi noyabrın 28-dən dekabrın 1-dək "Sokolniki" Sərgi və Konqres Mərkəzində keçiriləcək.

Sərgidə ilk dəfə olaraq Azərbaycanın fəxri olan nadir cins Qarabağ atları nümayiş olunacaq.

Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı əldə edəcəklər.

Eyni zamanda sərgi iştirakçıları Qarabağ atları barədə ətraflı məlumat alacaqlar, habelə onlarla xatirə şəkli çəkdirə biləcəklər.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR