• MƏDƏNİYYƏT

    10:27 10 sentyabr 2019

Sami Yusuf Nəsiminin "Sığmazam" qəzəli əsasında kompozisiya hazırlayıb - VİDEO

Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusuf dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında musiqi kompozisiyası hazırlayıb.

APA-nın məlumatına görə, kompozisiya Nəsimin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanıb.

Kompozisiyanın musiqi direktoru və bəstəkarı Sami Yusuf, prodüser və rejissoru Andrey Boltenkodur.

Kompozisiyanı xalq çalğı alətləri ansamblının müşayiəti ilə xor kollektivi ifa edir.

Kompozisiyada "Şur" muğamından da istifadə olunub.

Solistlər Sami Yusuf, Azərbaycanın əməkdar artisti Təyyar Bayramov və Əməkdar mədəniyyət işçisi Samirə Əliyevadır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR