Xalq artisti Yalçın Rzazadənin səhhətində problem yaranıb - [color=red]YENİLƏNİB[/color]
  • MƏDƏNİYYƏT

  • 15:19 11 İyul 2019

Xalq artisti Yalçın Rzazadənin səhhətində problem yaranıb - YENİLƏNİB

Azərbaycanın xalq artisti Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.

Müğənni APA-ya bildirib ki, bir qədər əvvəl evə buraxılıb, xəstəxanada qala bilmir.

Y. Rzazadə qeyd edib ki, səhhətində ciddi problemlər var: “Mədəmdə üç böyük yara var idi. Hazırda o yaralar şişib və qanıma zəhərlənmə keçib. Həkimlər əməliyyata ehtiyac olduğunu deyirlər. Sabah yenidən xəstəxanaya, müayinəyə gedəcəyəm. Yəqin ki, əməliyyat olunacağam”.

 

***

12.49

 

Azərbaycanın xalq artisti Yalçın Rzazadə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, ürəyində və öd kisəsində problemlər yaranan ifaçının qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya çatdırılıb.

Mərkəzi Dənizçilər Xəstəxanasında müalicə olunan Xalq artistinin vəziyyəti ağırdır.

Son üç gündə üç xəstəxana dəyişən Y.Rzazadə hazırda həkimlərin ciddi nəzarətindədir.

 

 

ONA

Teqlər: Yalçın Rzazadə

OXŞAR XƏBƏRLƏR