• İDMAN

    16:53 15 may 2019

Ən çox legioner futbolçuya malik ölkələrin siyahısı açıqlanıb

Ən çox legioner futbolçusu olan ölkələrin siyahısı açıqlanıb.

ONA-nın məlumatına görə, nüfuzlu İdman Nailiyyətləri Beynəlxalq İnstitutu (CİES) dünya ölkələrinin futbolçu ixracı ilə bağlı araşdırmalarının nəticələrini dərc edib.

Müxtəlif ölkələrdə 1330 oyunçusu olan Braziliya cədvəlin 1-ci pilləsində qərarlaşıb. Fransadan 867, Argentinadan 820 legioner vətənindən kənarda çıxış edir. Serbiya (458), İngiltərə (431) və İspaniyadan (427) olan oyunçuların sayı da 400-ü keçib.

Azərbaycan CİES-in tərtib etdiyi “50-lik”dən kənar qalıb. Buna ölkə xaricində çıxış edən futbolçularımızın sayının çox az olmasıdır. Belə ki, təşkilatın hesablamasına əsasən Azərbaycanın yalnız 4 legioneri var. Onlar Almaniya və Türkiyədə çıxış edən milli üzvlərini əcnəbi kimi dəyərləndirməyiblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR