• MƏDƏNİYYƏT

    06:30 30 sentyabr 2019

İkinci Nəsimi Festivalı çərçivəsində “Səmimi dialoqlar” adlı beynəlxalq musiqi layihəsi təqdim olunub

Sentyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “Səmimi dialoqlar” adlı beynəlxalq musiqi layihəsi təqdim olunub.

APA xəbər verir ki, konsertdə tanınmış azərbaycanlı cazmen, Əməkdar artist Salman Qəmbərov, serpent (qədim nəfəs musiqi aləti) ifaçısı Mişel Qodar (Fransa), alman müğənni Marqrit Buhberger (barokko üslubunda repertuar) və şen (dodaqla ifa edilən orqan aləti) ifaçısı Vu Vey (Çin) çıxış ediblər.

Konsert tamaşaçılara xoş anlar yaşadıb.

Qeyd edək ki, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ikinci dəfədir keçirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR