• MƏDƏNİYYƏT

    03:04 10 yanvar 2020

İçərisində məşhur reper Tupakın öldürüldüyü avtomobil satışa çıxarılıb

Mərhum amerikalı reper Tupak Şakurun güllələndiyi avtomobil ABŞ-ın Las-Veqas şəhərində 1,6 milyon dollara satışa çıxarılıb.

APA xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Əfsanəvi hip-hop ifaçısının 24 il əvvəl öldürülməsindən sonra 1996-cıl ilin istehsalı olan VII seriya “BMW” markalı avtomobil tamamilə bərpa edilib. Nəqliyyat vasitəsinin qara dəri salonu var və orijinal 5,4 litr həcmli mühərriklə, beşpilləli avtomatik sürət qutusu ilə təchiz olunub.

Satışı həyata keçirən şirkət avtomobilin kimə məxsus olmasının doğruluğunu göstərmək üçün sertifikat da təqdim etməyə hazırdır.

Nəşrin yazdığına görə, avtomobil Tupakın ölümündən sonra hərracda satılıb və bir neçə kolleksionerin əlinə düşüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR