• MƏDƏNİYYƏT

    22:22 24 aprel 2019

Qırğız yazıçının əsəri Lənkəranda səhnələşdirilib - FOTO

Bu gün Lənkəran Dövlət Dram Teatrında Qırğızstanın xalq yazıçısı Mar Bayciyevin “Şənbə axşamı” əsəri əsasında hazırlanan eyni adlı tamaşanın premyerası olub.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, anşlaqla keçən və böyük maraqla izlənilən tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanovdur.

Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, aktyorlardan Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Səyyad Əliyev, Təranə Fərəcova ifa ediblər.

Əsərdə hadisələr bizim günlərdə cərəyan edir. Moskvada ali məktəbdə təhsil alan oğlan doğulduğu kəndə qayıdır və ailə qurmaq istəyir. Hadisələr elə bu müstəvidə cərəyan edir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR