Leyla Əliyevanın əsəri VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesində təqdim olunub - [color=red]FOTO[/color]
  • MƏDƏNİYYƏT

  • 01:16 30 Oktyabr 2019

Leyla Əliyevanın əsəri VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesində təqdim olunub - FOTO

Rusiya paytaxtında VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi açılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Terequlova, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və hər iki ölkənin tanınmış mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rusiya Dövlət Tretyakov Qalereyasında keçirilən sərgi “Məkan oriyentasiyası” mövzusuna həsr olub. Müasir İncəsənət Biennalesində 11 ölkədən 34 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.

Ekspozisiyada Azərbaycan rəssamları Leyla Əliyeva və Orxan Məmmədovun işləri video-art layihəsində təqdim olunub. Leyla Əliyevanın təqdim etdiyi əsər "Əbədiyyət" adlanır. İnsan cəsarətinin hekayəsi haqqında danışan "Əbədiyyət" əsəri sərgi iştirakçılarının böyük marağına səbəb olub. Əsərdə insanın sahibi olduğu, vərdiş etdiyi nəsnələri qorxmayaraq dağıtmasından, mövcud olandan daha yaxşısını, daha idealını yaratmağı arzulamasından və bununla da əbədiyyata düşməsindən danışılır.

Sərgidə iştirak edən digər rəssamımız Orxan Məmmədovun video-art layihəsində təqdim olunan əsəri isə 50 Azərbaycan xalçasının ornamentləri əsasında hazırlanıb. Əsərdə Azərbaycanın müxtəlif növ xalça ornamentləri bir-birini əvəz edir.

Qeyd edək ki, ilk dəfə olaraq Moskva biennalesinin tərəfdaşı dünyanın ən sanballı qrafik əsərlər toplusu olan Avstriyanın məşhur “Albertina” muzeyidir. Sərgidə XX əsrin 11 məşhur rəssamının muzeydə saxlanılan əsərləri ümumi mədəni məkanda nümayiş etdirilir.

Fərid Əkbərov

Teqlər:

OXŞAR XƏBƏRLƏR