• MƏDƏNİYYƏT

    18:33 17 sentyabr 2019

Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adlar və fərdi təqaüd verilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq artisti”

Allahverdiyev Vasif Kərim oğlu

Fərəcov Sərdar Fərəculla oğlu

“Əməkdar incəsənət xadimi”

Xalıqzadə Fəttah Xalıq oğlu

Rəcəbov Oqtay Məmmədağa oğlu

“Əməkdar artist”

Butenko İqor Leonidoviç

Pyatkin Nikolay Aleksandroviç

“Əməkdar müəllim”

Göyçayskaya Səidə Oqtay qızı

Hüseynova Rüxsarə Hüseyn qızı

Yaqubova Nazilə Mir Teymur qızı.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Dadaşov Ağa Dadaş Hacı Bala oğlu

Əfəndiyeva İmruz Məmməd Sadıx qızı.

ONA

Teqlər:

SON XƏBƏRLƏR