• MƏDƏNİYYƏT

    13:34 18 aprel 2021

Xalq Artisti Eldar Quliyevlə vida mərasimi başa çatıb - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi başa çatıb.

APA-nın əməkdaşının verdiyi məlumata görə, mərasimə mərhumun ölkə xaricində yaşayan qızları Nərminə və İradə Quliyeva da gəlib çata biliblər.

Saat 12:35

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilir.

APA-nın məlumatına görə, mərasim “Təzə Pir” məscidində təşkil olunub.

Qeyd edək ki, Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

ONA

Teqlər:

SON XƏBƏRLƏR