• SİYASƏT

    18:45 12 yanvar 2021

Azərbaycan Prezidenti İndoneziya Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı verib.

ONA xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli cənab Prezident,

Cakarta şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Qeyd edək ki, yanvarın 10-da İndoneziyanın “Sriwijaya Air” hava yolu şirkətinə məxsus sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb. Təyyarədə ən az 65 nəfər - 10 uşaq daxil olmaqla 53 sərnişin və 12 ekipaj üzvü olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR