Gürcü nazir: “Gürcüstan Manreulidə koronavirusa yoluxan qadınla bağlı Azərbaycanla əməkdaşlıq edir”
  • SİYASƏT

  • 23:38 23 Mart 2020

Gürcü nazir: “Gürcüstan Manreulidə koronavirusa yoluxan qadınla bağlı Azərbaycanla əməkdaşlıq edir”

“Gürcüstan Marneulidən olan 62 yaşlı qadının koronavirusa haradan yoluxmasının müəyyən edilməsi məqsədi ilə Azərbaycan tərəfi ilə əməkdaşlıq edir”.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze məlumat verib.

Bildirib ki, virusa yoluxan qadının Azərbaycandan gələn şəxslərlə əlaqədə olması müəyyən edilib və həmin şəxslərin adları testlərin götürülməsi üçün Azərbaycan tərəfinə təqdim edilib: “Adları verilən şəxslərdə COVID-19 virusu aşkarlandığı təqdirdə biz güman edə bilərik ki, müəyyən bir ötürücü şəxs var”.

Səid Babazadə

Teqlər:

OXŞAR XƏBƏRLƏR