Mehriban Əliyevanın tapşırığı ilə Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələlər nəzarətə götürülüb
  • SİYASƏT

  • 16:44 11 İyul 2019

Mehriban Əliyevanın tapşırığı ilə Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələlər nəzarətə götürülüb

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

ONA-nın məlumatına görə, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Qeyd edək ki, Yalçın Rzazadə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilib.

Müayinədən sonra xəstəxanadan bu gün evə buraxılan Y. Rzazadə səhhətində ciddi problemlər olduğunu deyib.

 

OXŞAR XƏBƏRLƏR