Milli Məclisin növbəti iclası onlayn keçirilməyəcək
  • SİYASƏT

  • 10:30 06 Aprel 2020

Milli Məclisin növbəti iclası onlayn keçirilməyəcək

Milli Məclisin növbəti iclasının hansı qaydada keçiriləcəyi məlum olub.

ONA xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu parlamentin aprelin 9-da keçiriləcək plenar iclasının elektron qaydada olmayacağını bildirib.

Qeyd edək ki, plenar iclasın İnternet vasitəsi ilə keçirilməsi üçün Milli Məclisin 42 deputatının müraciət etməsi və Milli Məclis Sədrinin müvafiq sərəncam verməsi lazımdır.

Xatırladaq ki, aprelin 9-da Milli Məclisin plenar iclasında Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti barədə hesabat verəcək.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR