Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib
  • SİYASƏT

  • 11:35 04 May 2021

Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib

ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib.

APA-nın “The Hill”ə istinadən verdiyi xəbərə görə, Bayden administrasiyası aprelin 26-da Konqresi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin təxirə salınması barədə məlumatlandırıb.

Bildirişdə ABŞ dövlət katibi Entoni Blinken ediləcək hərbi yardımın Dağlıq Qarabağ nizamlanması ilə bağlı danışıqlara mane olmayacağını və ya Ermənistana qarşı istifadə edilməyəcəyini vurğulayıb.

“ABŞ-ın köməyi ölkəmizin beynəlxalq terrorizmə qarşı səylərini, habelə ABŞ Silahlı Qüvvələrinin və ya koalisiya tərəfdaşlarının beynəlxalq terrorizmə qarşı mübarizə əməliyyatlarına hazırlığını dəstəkləmək məqsədi daşıyır. Eyni zamanda, ABŞ-ın köməyi Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacibdir”, - deyə bildirişdə E. Blinken təsdiqləyib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR